Xəzər Universitetində "Avrasiya əfsanəsi" mükafatının təqdim etmə mərasimi baş tutub.
Musavat.com xəbər verir ki, mükafatlandırma mərasimindən öncə Türkan Şoraya həsr olunmuş video-çarx yayımlanıb. Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, xalq artisti Arif Məlikov, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, fransız aktyor Robert Hossein və Türkan Şoray "Avrasiya əfsanəsi" mükafatına layiq görülüb.
Avrasiya Akademiyasına üzv seçilən ilk xanım olan Türkan Şoray mükafat haqqında təəssüratlarını bölüşüb: "Qardaş ölkədə duyğusal bir an yaşadım. Sənət bütün insanların ortaq dəyəridir. Mən də bir sənətçi olaraq burada belə gözəl bir mükafata layiq görüldüm. Bu film karyeramda inanılmaz qürurverici bir hadisədir. Azərbaycandan aldığım bu dəyərli mükafatı ölənə qədər evimin ən dəyərli guşəsində saxlayacağam. Bütün azərbaycanlılara və mükafata layiq görən akademiklərə təşəkkür edirəm. Bakıdan çox xoşbəxt gedəcəyəm".
“Avrasiya əfsanəsi”-nə layiq görülən ilk qadın olan Türkan Şoray sevənləri ilə foto çəkdirdikdən sonra məclisi tərk edib.






