İraqın Mosul şəhərində peşmərgə döyüşçüləri İŞİD üzvünü girov götürüb.
Axar.az xəbər verir ki, bu barədə İndependent məlumat yayıb.
Girov götürülən İŞİD-çi üzərində partlayıcı qurğunun olmadığını bildirib.
Bundan əlavə o, yaxınlıqdakı binada 3 yaxud 4 döyüş yoldaşının olduğunu və onların təslim olmaq istəmədiyini əlavə edib.
