|
Obama Rusiyanı fövqəldövlət hesab edir
ABŞ-ın hazırkı prezidenti Barak Obama Rusiyanı bölgədə və dünyada nüfuza malik olan hərbi fövqəldövlət adlandırıb.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Barak Obama Berlində Almaniyanın kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında deyib.  
 
“Rusiya ilə əməkdaşlıq etmək bizim marağımızdadır”, - deyə Obama bildirib. 
cia.az