|
Vyetnam da Trans-Sakit okean Əməkdaşlıq Müqaviləsindən imtina etdi
Vyetnam Trans-Sakit okean Əməkdaşlıq Müqaviləsini ratifikasiya etməyi dayandırıb.
 
Axar.az xəbər verir ki, bunu Vyetnam Parlamentində çıxışı zamanı Baş nazir Nquen Suan Fuk söyləyib. Onun sözlərinə görə, belə addım atılmasına səbəb ABŞ-ın müqavilə ilə bağlı mövqeyi olub.
 
Qeyd edək ki, bundan öncə ABŞ-ın yeni prezidenti Donald Tramp Trans-Sakit okean Əməkdaşlıq Müqaviləsinin Vaşinqtonun milli maraqlarına zidd olduğunu bildirib.
 
Bu müqavilə 2016-cı ilin fevralında imzalanıb. Müqaviləyə 12 ölkə imza atıb. Bunlar ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malaziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru olublar.