Türkiyədə mis mədəni çöküb
Musavat.com-un məlumatına görə, mədənin çökməsi nəticəsində 3 nəfər həyatını itirib. Hadisə Siirt əyalətinin Şirvan rayonunda baş verib. 16 işçi, 8 yük maşını və 3 iş makinası uçqunun altında qalıb. Yerin altında köməksiz qalan işçilərin xilası üçün hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.
Verilən məlumata görə, hadisənin baş verməsinə səbəb dağ yamacından qopan tonlarla qaya və torpağın mədən sahəsinə doğru axması olub.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Baş Nazir Binali Yıldırım mədənin çökməsi ilə bağlı nazirlərlə telefonda danışıb və məlumat alıb.
Rayon valiliyindən verilən məlumata görə, uçqun ildırım çaxdıqdan sonra baş verən sürüşmə nəticəsində meydana gəlib.
cia.az
