|
İŞİD İsrailin futbol komandasına hücum hazırlayıbmış - Stadion son anda dəyişdi
Kosovo polisi İŞİD silahlılarının planlaşdırdığı silsilə terror aktlarının qarşısının alındığını bildirib.
 
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, hücumlardan biri DÇ-2018 seçmə mərhələsində Albaniyaya gəlmiş İsrailin futbol üzrə milli komandasına qarşı planlaşdırılırmış.     
 
Qeyd edək ki, ötən həftə Albaniya-İsrail matçının keçiriləcəyi məkan təhlükəsizlik baxımından dəyişib. Çernoqoriya ilə həmsərhəd Şkodere şəhər stadionunda keçiriləcək oyun paytaxta yaxın olan stadionlardan  birində qonaqların 3:0 hesablı qələbəsi ilə keçirilib.  
Cia.az