|
“Mourinyonun əlini sıxacağam” - Venger

“Arsenal”ın baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyundan danışıb. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız mütəxəssis “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyoya hörmətlə yanaşdığını bildirib:

“Mourinyonun əlini sıxacağam? Təbii ki. Mən ona hörmətlə yanaşıram. Mourinyo İngiltərə Premyer Liqası üçün vacib simadır. 

20 illik məşqçilik karyeram ərzində bütün rəqiblərimə qalib gəlmişəm. Bu, 2 məşqçinin yox, 2 klubun oyunudur. Auditoriyanı mübahisələr deyil, oyunun keyfiyyəti cəlb edir. 

Mourinyo ilə münasibətlərimi təsvir etmək məcburiyyətində deyiləm. Hər kəs öz komandası üçün vuruşur”. 

Xatirladaq ki, “Mançester Yunayted” - “Arsenal” oyunu noyabrın 19-da keçiriləcək.

Cia.az