|
Cerrard üçüncü liqa klubunda?

“Liverpul”un və İngiltərə millisinin sabiq üzvü Stiven Cerrard tezliklə məşqçiliyə başlaya bilər. 
36 yaşlı futbolçu ilin sonunda hazırda çıxış etdiyi “Los-Anceles Qelaksi”ni tərk edəcək. 
Hazırda Cerrard İngiltərə üçüncü liqasında yarışan “Milton Kins Dons” klubu ilə danışıqlar aparır. 
17 turdan sonra 21-ci pillədə qərarlaşan “Milton Kins Dons” rəhbərliyi bir müddət əvvəl Karl Robinsonu baş məşqçi vəzifəsindən uzaqlaşdırıb. 

Qeyd edək ki, daha əvvəl Cerrardın “Liverpul” akademiyasında çalışacağı barədə xəbərlər yayılmışdı.

Cia.az