Türkiyə polisinin antiterror bölməsi Van bələdiyyəsinin sədri Bəkir Qayanı saxlayıb.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda polis bələdiyyənin binasında axtarış aparır.
Bələdiyyənin 4 əməkdaşı da polis idarəsinə aparılıb.
Türkiyədə bələdiyyə rəhbərləri saxlanılıb
Qeyd edək ki, ötən gün Siirt bələdiyyəsinin sədri Tuncer Bakırxan və Tunceli bələdiyyəsinin həmsədri Nurhəyat Altun saxlanılıb.
Saxlanılan şəxslər PKK terror təşkilatına dəstəkdə ittiham olunur.
