Bakıda 60 yaşlı kişini minik maşını vurub.
Musavat.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Gecə saatlarında yolu keçən 60 yaşlı Məmmədov Vaqif Mürsəl oğlunu sürücüsü hələlik məlum olmayan “VAZ-21015” markalı avtomobil vurub. V.Məmmədov təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Minik maşının sürücüsü saxlanılıb. Polis saxlanılan şəxsin adını açıqlamayıb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
