|
"Sumqayıt Ağac Emalı" səhmdarlarına hesabat verəcək
Dekabrın 28-də "Sumqayıt Ağac Emalı" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq saat 11:00-da Cəmiyyətin Sumqayıt şəhəri, Metallurq küçəsi, 1 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
 
Yığıncaqda müəssisənin Müşahidə Şurası səhmdarlara illik hesabat verəcək.
 
Xatırladaq ki, "Sumqayıt Ağac Emalı" ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 374 manatdır. 
Cia.az