|
“Milan”dan Donnarummaya illik 4,5 milyon avroluq təklif

“Milan” rəhbərliyi gənc qapıçı Canluici Donnarummaya yeni təklif irəli sürüb. 

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, fevralda 18 yaşı tamam olacaq qolkiperə “Milan” ildə 4,5 milyon avro ödəməyə hazırdır. 

Daha əvvəl “Qırmızı-qaralar” 17 yaşlı qapıçıya ildə 2 milyon avro ödəmək fikrində idi. Lakin “Yuventus”un Donnarumma ilə yaxından maraqlanması “Milan”ın təklifini yaxşılaşdırmağa məcbur edib.

cia.az