|
“Qəbələ”ni üstələdi, “Makkabi” ilə heç-heçə etdi
UEFA Gənclər Liqasının Çempionlar yolunda ikinci mərhələnin oyunları keçirilir. 

Qol.az xəbər verir ki, ilk mərhələdə ölkəmizi bu yarışda təmsil edən “Qəbələ”ni üstələyən Moskva “Dinamo”su bu dəfə Hayfa “Makkabi”si isə üz-üzə gəlir. 

İsraildə keçirilən ilk görüşdə qapılara qol vurulmayıb - 0:0. Cavab görüşü 1 həftə sonra Moskvada keçiriləcək. 

Xatırladaq ki, “Qəbələ” Moskva “Dinamo”suna 2 oyunun nəticəsinə görə 0:7 hesabı ilə uduzub. 
 
cia.az