|
Perunun paytaxtında güclü yanğın - Ölü sayı 8-ə çatdı
Perunun paytaxtı Limada güclü yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
 
APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib. Bundan əvvəl 4 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilirdi. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
 
Yanğın baş verən “Lacromar” ticarət mərkəzi noyabrın 19-20-də Limada prezidentlər səviyyəsində keçiriləcək beynəlxalq sammitin iştirakçılarının qalacaqları otellərin yaxınlığında yerləşir.  
cia.az