Türkiyə təhlükəsizlik qüvvələri İstanbul şəhərinin 39 rayonunda əməliyyat təşkil edib, 80 nəfər saxlanılıb
“Yeditepedə əmin-amanlıqın tətbiqi” adı verilən əməliyyata silsilə cinayətlərlə mübarizə, qaçağmalçılıqla mübarizə, terrorla mübarizə idarələrinin əməkdaşları, yol polisləri, çevik polis alayı olmaqla ümumilikdə 5 min polis cəlb olunub. Genişmiqyaslı əməliyyata havadan helikopterlər dəstək verib.
Əvvəlcədən təyin edilmiş maşın, ev və iş yerlərində axtarışlar aparılıb. 80 şübhəlinin saxlanıldığı bildirilir.

