|
Obama son xarici turnesi çərçivəsində Almaniyaya səfər edib - Video
ABŞ prezidenti Barak Obama son xarici turnesi çərçivəsində Almaniyaya səfər edib.
 
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Berlin hava limanında Obamanı Almaniya prezidenti Yoaxim Qauk qarşılayıb.
 
Barak Obamanın vida turnesi çərçivəsində Almaniya sonuncu Avropa ölkəsidir. Berlinə Yunanıstandan gələn ABŞ prezidenti buradan Peruya yollanacaq.