|
Polis avtomobili partladıldı: yaralılar var
Kolumbiyada polisə məxsus yük avtomobili partladılıb.
 
APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, insident Kukuta şəhərində baş verib. İnsident nəticəsində 17 polis əməkdaşı və partlayış zamanı yoldan keçən 2  mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.