|
Nazir kapitan Səbuhi Rüstəmovu Qusara bölmə rəisi göndərdi
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Şahdağ Bölməsinə yeni rəis təyinatı olub.
 
"Report"un məlumatına görə, Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.
 
Əmrə əsasən, bu posta Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Qərargahının inspektoru, polis kapitanı Səbuhi Rüstəmov təyin edilib.
cia.az