|
İndoneziyada güclü zəlzələ olub
İndoneziyanın əsas adası olan Yavada 6 bal gücündə zəlzələ baş verib. 

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, zəlzələ rayonunda sunami təhlükəsi elan edilib.

Zəlzələnin mərkəzi Şərqi Yava əyalətinin Kençenq şəhərindən 132 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı Hind okeanının 70 kilometr dərinlikdə meydana gəlib.
 
Zəlzələ həmçinin Bali adasında da hiss olunub.
Cia.az