|
Hansı bitki çayı hansı xəstəliyə qarşı yaxşı təsir göstərir?

Bitki mənşəli çaylar, orqanizmin müqavimətini artıraraq, xəstəliklərdən qoruyur.

Minlərlə ildir ki, istehlak edilən bitki çayları insanı gümrah saxlayır və sakitləşdirir:

Razyana: Həzmi asanlaşdıran, köpazaldıcı və südçoxaldıcı təsirlərilə analar tərəfindən ən çox istifadə edilən bitkilərdəndir. Həmçinin, bu çayın sakitləşdirici təsiri də mövcuddur.

Nanə: Ağrıkəsici təsiri vardır. Ürək bulanması və qusma halında nanə-limon çayı həm böyüklər, həm də uşaqlar üçün istifadə edilən ənənəvi bir çay içkisidir. Həmçinin, bu çay 6 aydan böyük uşaqlarda istifadə edə bilər.

Çobanyastığı: Mədə ağrılarına və yuxusuzluğa qarşı yaxşı təsir edən bir bitkidir. Sakitləşdirici təsiri vardır. Uşaqlara 6-cı aydan sonra həkim təklifi ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər.

Cökə: Soyuqdəymə və qripə qarşı ən geniş istifadə olunan bir bitkidir. Öskürəyin yumşalmasına kömək edir. Bununla yanaşı qəbizliyin qarşısının alınmasında də təsirlidir. Uşaqlara 6-cı aydan sonra həkim təklifi ilə gündə 1 və ya 2 dəfə yarım fincan verilə bilər.

Cia.az