|
Bakıda yol qəzası baş verib, qadın ağır yaralanıb
Bakıda baş verən yol qəzası zamanı 52 yaşlı qadın ağır bədən xəsarətləri alıb.
Musavat.com xəbər verir ki, “Lökbatan dairəsi” kimi adlanan ərazidə iki minik avtomobili toqquşub. “Kia” markalı avtomobil “Yol ver!” nişanın tələbini pozaraq, “VAZ-2107” markalı avtomaşının qarşısına çıxıb. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobildə olan sərnişin, 1964-cü il təvvəllüdlü Bəsti Şahbazova ağır yaralanıb. O, xəstəxanaya çatdırılıb.

“VAZ-2107” markalı avtomobil isə deformasiyaya uğrayıb.
 
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Cia.az