|
Neft 5 faizdən çox bahalaşıb

Noyabrın 15-i axşam neftin dünya qiymətləri sürətlə artmağa başlayıb. Cia.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hərraclarda WTI-nin ardınca "Brent" markalı neft də 5%-dən çox bahalaşıb.

Bakı vaxtı ilə 23.19-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 5,02% artaraq bir barel üçün 46,66 dollara çatıb.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barelə görə 5,22% bahalaşaraq 45,58 dollar təşkil edib.

Cia.az