|
Türkiyə vətəndaşı Bakıda ölü tapıldı

Bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda kişi meyiti aşkar edilib. Cia.az saytı  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Bağlı qapı arxasında 1960-cı təvəllüdlü Ali Devrimin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər

Cia.az