Xəbər verdiyimiz kimi, “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Büdcə zərfinə daxil olan sənədlər bu günlərdə parlament komitələrinin müzakirəsinə çıxarılacaq..
Dekabrın 6, 7 və 8-də Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfi Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq.
Qeyd edək ki, 2017-ci ilin büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
**
Xatırladaq ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində proqnozlaşdırılıb.
Gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.
**
2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda neftinin 1 barelinin qiyməti 40 dollardan götürülüb.
Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə icra olunacaq:
Pessimist qiymətin 1 bareli- 35 ABŞ dollar
Baza qiyməti - 40 ABŞ dollar
Optimist - 45 ABŞ dolları
***
2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125.318.640,0 manatdır.
Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manat nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 775.785.130,0 manat ayrılması proqnozlaşdırılıb.
**
2017-ci ildə Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi (ipoteka) xərcləri üçün 100.000.000 manat nəzərdə tutulub.
***
2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub.
Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə, 2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.
Cia.az
