Məlumdur ki, Azərbaycan müstəqillik əldə edənədək, ölkədə xeyli sayda dövlət qurumları, nazirliklər, komitələr olub. Ancaq elə mühüm qurumlar var ki, müstəqillik dönəmində yaradılıb, formalaşdırılıb. Məsələn, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, o cümlədən Dövlət Miqrasiya Xidməti və s.
Bu qurumlar bizə sovet dövründən yadigar qalmayıb. Son 20 ildən bir az artıq dönəmdə yaradılıb və inkişaf edib.
Dövlət Miqrasiya Xidməti də son onilliyin məhsuludur. Bu qurumun yaradılmasında kifayət qədər peşəkar kadrlar, vətənpərvər insanlar yaxından iştirak edib, bu işdə sözün əsl mənasında can qoyublar. Ancaq sonradan “ nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipi ilə vəzifəyə gələnlər özlərindən əvvəlki qurucuları gözümçıxdıya salır, vəzifədən uzaqlaşdırır, bir sözlə görmək istəmirlər. Çünki həmin şəxslərin qurumun yaradılmasında ən azı mənəvi haqları var. Digər tərəfdən yeni rəhbərlik sağlam kadrları vəzifədən uzaqlaşdırmaqla öz çirkin əməllərinin həyata keçməsi üçün münbit şərait yaradır.
Belə “yeni rəhbər”lərdən biri də DMX-nin rəisi Firudun Nəbiyev cənablarıdır. Bu adam üçün regional mənsubiyyət, xırda maraqlar hər şeydən irəlidir. Peşəkar olmağa, işin öhdəsindən gəlməyə ehtiyac yoxdur, əsas odur ki, Firudin Nəbiyevin bütün qanunsuz tapşırıqlarını can-başla yerinə yetir. Kimlər ki, bu meyara uyğun gəlmir, az vaxtda işi ilə vidalaşır.
Belələri, DMX- də kifayət qədərdir. Hətta xeyli sayda peşəkar kadr Firudin Nəbiyevin “filtr”indən keçmədiyi üçün qıraqda qalıb. Heç bir əlavə şərh vermədən bunların siyahısını təqdim edirik:
1. Polkovnik-leytenant Muxtar Məmmədov,
2. Mayor Toğrul Əliyev. O, Firudin Nəbiyevin göstərişi və Rövşən Səfərovun əli ilə sıxışdırılmış və şantaj olunaraq DMX-dən uzaqlaşdırılmışdır.
3. Polkovnik Yunis Əsgərov. Heç bir səbəb göstərilmədən işdən uzaqlaşdırılmışıdr.
4. İdarə rəisi polkovnik Nəbi Şükürlü. İşə 10 dəqiqə gec gəldiyi bəhanə edilərək işdən çıxarılmışdır.
Görəsən, Firudun Nəbiyev kifayət qədər təcrübəli, peşəkar və dövlətimizə sadiq olan rəisi 10 dəqiqə gecikdiyinə görə işdən çıxardanda xəcalət çəkdimi?
5. Xaçmaz regional idarəsinin rəisi polkovnik Zakir Məmmədov.
Miqrasiya xidmətində xeyli zəhməti olmuş, dövlətçiliyə xidmət etmiş və əvvəllər yüksək vəzifələrdə çalışmış cənab polkovnik Firudun Nəbiyevin bacısının əri Ədalət Şahquliyevin güdazına gedib. Beləki heç bir savadı olmayan çavuş Şahquliyevə nizam-intizamla bağlı irad bildirilidiyinə görə polkovnik Zakir Məmmədov vəzifəsilə vidalaşmağa məcbur olub. Və onun yerinə Firudun Nəbiyevin “kassir”i kapitan Hidayət Rüstəmov təyin edilib.
6. Polkovnik-leytenant Əfrasim Aşurbəyov.
Dövlət Miqrasiya Xidmətində çalışan təcrübəli şöbə rəislərindən biri və xidməti fəaliyyəti boyunca ölkədə qanunsuz miqrasiyanın qarşısının alınmasında misilsiz xidmətləri olmuşdur. Lakin naxçıvanlı olduğu üçün Firudin Nəbiyevin və Rövşən Səfərovun əməllərinin qurbanı olmuşdur.
Biz yuxarıda əbəs yerə qeyd eləmədik ki, regional mənsubiyyət Firudin Nəbiyevin “kadro siyasətində” önəmli rol oyanyır.
Biz Firudin Nəbiyevin vəzifədən çıxardığı yüksək vəzifəli məmurların siyahısını dərc elədik. Əgər orta və aşağı eşalonu bura əlavə eləsək böyük bir siyahı alınar.
İndi özünüz nəticə çıxarın ki, Firudin Nəbiyev neçə-neçə gənc kadrın fəaliyyətini yarıda baltalayıb. Baltalama əməliyyatında kardın naxçıvanlı olması əsas götürülüb. Çünki Firudin Nəbiyevdə Naxçıvan camaatına xüsusu “sevgi” var.//qafqaznews.az
