Argentina millisinin sabiq futbolçusu Valter Samuel "İnter"ə qayıdıb.
Qol.az-ın məlumatına görə, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. O, "İnter"də məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, 38 yaşlı V.Samuel 2005-2014-cü illərdə "İnter"in şərəfini qoruyub. O, ötən mövsüm "Bazel"də futbolçu karyerasını başa vurub.
Cia.az
