|
Baltik dənizinin dibində qədim yaşayış məntəqəsi tapılıb
İsveçin Lunda universitetinin arxeoloqları Baltik dənizinin dibində qədim yaşayış məntəqəsinin qalıqların tapıblar.Bu barədə məlumat "Science Direst" elmi portaında yer alıb. 
Alimlər 20 metr dərinlikdə mezolit dövrünə aid əmək və balıq ovlamaq üçün alətlər tapıblar. Tapılan alətlərdən ən qədimi torpaq qazmaq üçün maral buynuzundan düzəldilən alətin doqquz min ildən çox yaşı olduğu bildirilir.
Alimlər belə qərara gəlib ki, bu yaşayış məntəqəsinin sakinləri əsasən balıq ovu ilə məşğul olub.
Cia.az