|
Çində keçmiş məmur 16 il müddətinə həbs edilib
Çinin Anxoy Xan Syançun əyalətində xalq siyasi məşvərət şurası sədrinin keçmiş müavinini 16 il müddətində azadlıqdan məhrum edilib.
 
Musavat.com "Sinxua" agentliyinə istinadən xəbər verir ki, keçmiş məmur 23 milyon yuan (təqribən 3.4 milyon dollar) rüşvət almaqda təqsirli bilinib.
 
Agentliyin məlumatına görə, keçmiş məmur 2003-2014-cü illərdə öz vəzifəsindən istifadə edərək, cinayət törədib. Məmurun bir milyon yuan dəyərində olan şəxsi əmlakı müsadirə olunub.
Cia.az