BMT-nin uşaq fondu və Ümumdünya ərzaq proqramı son iki ildə ilk dəfə İraqın Mosul şəhərinin şərq rayonlarına ərzaq yardımı çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "YUNİSEF" yayıb.
Məlumata görə, 14 avtomobildən ibarət maşın karvanı Mosulun şərq rayonlarına daxil olub. Gətirilən ərzaqlar bir ay müdətinə 15 min uşaq və onların ailəsi üçün ümumilikdə 30 min insan üçün nəzərdə tutulub.
Cia.az
