Britaniyalı üzgüçü Ben Huper Dakardan Atlantik okeana keçərək, Brazilya sahillərinə qədər üzməyə start verib.
Musavat.com "BBC"-yə istinadən xəbər verir ki, o, bunu xeyriyyə məqsədi ilə edib.
Ben ümid edir ki, xeyriyyə məqsədi üçün bir milyon pul toplaya biləcək. Britaniyalı üzgüçü 3200 km üzməlidir. Ben bunu 3-4 aya edə biləcəyini hesab edir. Onun Brazilya sahələrinə mart ayına çatacağı gözlənilir. Üzgüçü bildirir ki, o köpək balıqlarından başqa, digər dəniz heyvanlarından qorxmur.
