San-Fransiskodan Meksikanın Puerto- Valyarta şəhərinə uçan "United Airlines" aviaşirkətinin pilotu yüksək rabitə vasitəsi ilə sərnişinlərə müraciət edərək, siyasi mövzuda söhbətləri dayandırmağı tələb edib.
Bu təkliflə razılaşmayan sərnişinlərə pilot, başqa reysə bilet götürməyi məsləhət görüb.
Pilotun bu təklifi lentə alınıb və "Youtube"-a yerləşdirilib. Videogörüntülərə üç gün ərzində 125.000 baxış olub.
