Türkiyənin Beytüşşebab rayonunda PKK-ya aid silah anbarı tapılıb və çox sayda partlayıcı, silah-sursat ələ keçib.
Musavat.com-un məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələri 6-14 noyabr tarixlərində Beytüşşebab rayonunun ətraf ərazilərində əməliyyat-axtarış keçirib. Axtarış nəticəsində terror aktında istifadə üçün hazırlanmış 2 maşın aşkar edilib.
Maşının olduğu ərazi daha dəqiq axtarıldıqda isə oradan çox sayda sursat, gündəlik tələbat malları və təxminən 2.5 ton ərzaq ələ keçib.
Musavat.com


Cia.az
