|
Bakıda yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürüb

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır

 

Bakıda yolu keçmək istəyən 14 yaşlı oğlanı yük avtomobili vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
 
Belə ki, "Shacman" markalı avtomobil 2002-ci il təvvəllüdlü Səid Eyvazovu vuraraq üstündən keçib. S.Eyvazov "Təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Cia.az