|
Rusiya millisi noyabrın 15-də yoxlama oyununda Rumıniya ilə qarşılaşacaq.
Qol.az-ın “Sports.ru”ya istinadən yaydığı xəbərə görə, Rusiya yığması qarşıdakı matçın hazırlıqlarını Qroznıdakı “Axmet-Arena”da davam etdirir. Komandanın bugünkü məşqini izləyənlər arasında Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov da olub. Kadırov məşqi yerli “Terek” klubunun prezidenti Maqomed Daudovla birgə izləyib. cia.az
|
