|
15 yaşlı qız epilepsiya tutmasından öldü
Salyan rayonunda 15 yaşlı qız epilepsiya tutmasından ölüb. 
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Ərəbqardaşbəyli kənd sakini 2001-ci il təvəllüdlü Zərxanım Alıqulu qızı Novruzova epilepsiya tutması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
cia.az