|
Kino ustadları gənclər üçün toplanır
Noyabr-dekabr aylarında Kinematoqrafçılar İttifaqında Yeni Nəfəs-2 ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək.
 
Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Yeni Nəfəs-2 ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar təşkil edəcək.
 
Seminarları aparmaq üçün xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunub.
Cia.az