ABŞ-ın dövlət katibi Con Kerri bu gün Oman sultanlığına səfər edib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Kerri burada Yəmən sülh danışıqlarını aktivləşdirməyə çalışacaq.
Məlumata görə, Kerri Yəmən konfliktinin həllinə nail olmaq üçün Oman sultanı Kəbusla və xarici işlər naziri Yusif bin Əlyəvi ilə də görüşəcək.
Bundan başqa, Kerrinin husilərin rəsmi nümayəndəsi Muhəmməd Əbdül Salamla da görüşü gözlənilir.
cia.az
