Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yeni seçilən ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, kral Salman, ABŞ prezidentinə iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək istədiyini bildirib.
Məlumata görə, kral həmçinin D.Trampı Yaxın Şərqdə və dünyada daimi sülhə nail olmaq üçün birlikdə işləməyə çağırıb.
Bildirilir ki, danışıqla bağlı Səudiyyə kralı parlamentə məlumat verib. O həmçinin regiondakı vəziyyətlə bağlı ABŞ generalı Cozef Danfordla keçirdiyi görüş barəsində də parlament üzvlərini məlumatlandırıb.
cia.az
