Britaniyanın "Thomas Cook Airlines" aviaşirkətinin "Airbus A321" təyarəsi leylək dəstəsi ilə toqquşduqdan sonra təcili eniş edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, içərisində 170 sərnişin olan təyyarə təxminən 50 leyləkdən ibarət olan dəstə ilə toqquşub. Məlumata görə, hadisədə 13 leylək tələf olub. Bundan başqa, təyyarənin təkərlərinə və hər iki mühərrikinə ciddi ziyan dəyib. Qəza təyyarə Qambiyanın paytaxtı Banjul şəhərindən Londona uçan zaman baş verib. Toqquşmadan sonra pilot geriyə-Banjula qayıtmağa qərar verib.
Hadisədə xoşbəxtlikdən heç kəs xəsarət almayıb.
cia.az
