|
Vəkil Dəmirdaşa gizlicə telefon vermək istədi -
Türkiyənin Ədirnə şəhərində ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbsdə olan kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş və millət vəkili Abdullah Zeydanla bağlı növbəti qalmaqal ortaya çıxıb.
 
Axar.az xəbər verir ki, sözügedən məhbuslarla görüşə gələn F.L adlı vəkilin həbsxanaya daxil olarkən üzərində mobil telefon tapılıb.
 
“12 noyabr günü “PKK terror qruplaşmasına üzv olmaq” maddəsilə həbs edilən Səlahəddin Dəmirdaş və HDP-çi millət vəkili Abdullah Zeydan ilə görüşə gələn F.L. adlı vəkilin paltosunun cibindən mobil telefon tapılıb. Həmçinin telefon içində bir sim kart və bir yaddaş kartının olduğu da müəyyən edilib”, - açıqlamada bildirilib.
 
Qeyd edək ki, Dəmirdaş 4 noyabr tarixində, Zeydan isə ondan 2 gün sonra Ədirnədəki həbsxanaya yerləşdirilmişdi.
Cia.az