|
Mosulda hava əməliyyatı:

İraq ordusunun hava qüvvələri Mosul şəhərində İŞİD terror təşkilatının mövqelərinə hava zərbələri endirib. 

 
Musavat.com-un məlumatına görə, bombardman nəticəsində 20 İŞİD silahlısı ölüb. Hava əməliyyatı barədə İraqın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, İraqın hərbi təyyarələri Mosulun qərb cəbhəsində İŞİD mövqelərini bombardman edib, nəticədə 20 terrorçu öldürülüb, təşkilata aid 1 maşın yararsız hala gətirilib. 
 
Məlumatda həmçinin qeyd edilib ki, İraq ordusunun dəstək verdiyi “Haşdi Şab” Mosulun qərbində İŞİD silahlıları ilə gərgin atışmalardan sonra Ümmü Ulya, Sirval və Ər-Rakkak kəndlərini ələ keçirib.
cia.az