|
Demirtaş həbsdə qaldı - Məhkəmə qərarı
HDP həmsədri Səlahəddin Demirtaşın həbsinə edilən etiraz Diyarbakır 3-cü Sülh Cəza Məhkəməsində rədd edilib. 

Musavat.com-un məlumatına görə, vəkili S.Demirtaşın həbsinə etiraz olaraq məhkəməyə müraciət edib. Məhkəmə hakimləri isə həbs qərarının qanuna uyğun olduğunu bildirərək iddianı rədd edib. 

Qeyd edək ki, demirtaş noyabrın 3-də evində saxlanılmışdı. Noyabrın 4-də məhkəməyə çıxarılan həmsədr haqqında həbs qəti-imkan tədbiri seçilmişdi. O, PKK terror təşkilatı ilə əlbir olmaqda ittiham edilir. 
cia.az