|
ABŞ dövlət katibi postuna əsas namizədlərin adları açıqlanıb
ABŞ dövlət katibi postuna əsas namizədlərin adları açıqlanıb.
 
APA-nın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, bunlar ABŞ-ın BMT-də keçmiş daimi nümayəndəsi Con Bolton və Nyu-York şəhərinin sabiq meri Rudolf Culianidir.
 
Qəzet yazır ki, dövlət katibi postu ilə bağlı yekun qərar yaxın müddətdə veriləcək.
 
Qeyd olunur ki, R.Culiano ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın dostu, C.Bolton isə ötən il İranı bombardman etməyə çağıran mühafizəkar diplomat kimi tanınır. 
cia.az