|
Dəməşqdə qaçqın düşərgəsi bombalanıb, BMT-nin əməkdaşı ölüb
Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Fələstin qaçqınlarının düşərgəsinə endirilən hava zərbəsi nəticəsində BMT-nin 52 yaşlı əməkdaşı Hüseyn Əli Möhsün həyatını itirib. 
 
"Report" TASSa istinadən xəbər verir ki, bombalama nəticəsində onun 77 yaşlı əmisi ölüb, 12 nəfər yaralanıb. İnformasiyaya əsasən, o, BMT-nin Fələstin qaçqınların yardım üzrə Yaxın Şərq agentliyində 24 ildir işləyirmiş. 
 
Hüseyn Əli Möhsünün 6 uşağı var. Xəbərdə bildirilib ki, 2011-ci ildə münaqişə başlayandan Suriyada agentlyin 20 əməkdaşı silahlı qarşıdurmanın qurbanı olub. 
Cia.az