|
Ərdoğan AP sədrinə cavab verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin sədri Martin Şultsun sanksiya təhdidinə cavab verib.
 
Axar.az xəbər verir ki, türk lider AP sədrini tərbiyəsiz adlandırıb.
 
“Bu tərbiyəsizə bax. “Sanksiya tətbiq edərik” deyir. Sənin hər yerin sanksiya olsa belə bizə təsir etməz. Gecikirsən. Biz bunların istifadə etdiyi nə qədər xain varsa, hamısının başını əzirik və əzəcəyik. Bəziləri bu coğrafiyanı bizə dar etmək istəyirlər. Əllərindən gələni etsinlər”, - Ərdoğan bildirib.
 
Qeyd edək ki, AP sədri Martin Şults Türkiyədə müxalifət fəalları və jurnalistlərin həbs edilməsinə görə Ankaraya sanksiyaların tətbiq edilməsi üçün AB-yə çağırış etmişdi.
Cia.az