|
Astarada 4 yaşlı oğlan qardaşını güllələdi

Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib.

Astara Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb. Kənd sakini, 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 3 yaşlı qardaşı Güloğlanı vurub.

Yaralı uşaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Cia.az