|
Çovdarov yenə məhkəməyə gəlmədi - hakimlər gözləyir
Akif Çovdarov yenə məhkəməyə vaxtında gətirilməyib. Onun vəkili Kamandar Nəsibov deyir ki, müvəkkilinin səhhəti yenə də ağırlaşıb.
 
Buna görə də saat 11:00-a təyin olunan prosesdə fasilə rlan olunub. 
 
Məhkəmənin saat 12:30-da başlaması gözlənilir.
 
Xatırladaq ki, sonuncu- noyabrın 10-da keçirilən ptosesə də Akif Çovdarov vaxtında gətirilməmişdi. Səhhətinin ağırlaşdığı deyilən Çovdarov 2 saatdan sonra xərəkdə və iki həkim nəzarətində məhkəmə zalına gətirilmişdi. 
 
Məhkəmənin hazırlıq iclasında Çovdarov uzanaraq iştirak etmişdi.
 
Qeyd edək ki, Akif Çovdatov oktyabrın 25-dən aclıq aksiyası keçirdiyini deyir.
Cia.az