|
Türk “bordo beretlilər”i Əl Baba girdi – Şok
Türkiyə ordusunun xüsusi təyinatlı əsgərləri (bordo beretlilər) Suriyanın Əl Bab bölgəsinə girib.
 
Axar.az xəbər verir ki, Azad Suriya Ordusuna (ASO) dəstək verən xüsusi birliklər bölgədə kəşfiyyat məlumatları toplayacaq, anti-terror əməliyyatlarında iştirak edəcək.
 
Hürriyət-in məlumatına görə, artıq xüsusi təyinatlıların bölgədəki fəaliyyəti öz bəhrəsini verib. Bu gün səhər saatlarında “bordo beretlilər”in ötürdüyü informasiya nəticəsində bölgədəki 15 terrorçu mövqeyi bombardman edilib.
 
Suriya Türkman Məclisinin xarici əlaqələr üzrə nümayəndəsi Əbdürrəhman Mustafa ASO qüvvələrinin Əl Babın 2-3 kilometrliyinə çatdığını açıqlayıb.
cia.az