|
ABŞ-da müsəlman müəlliməyə qarşı şok olay - Foto
ABŞ-ın Atlanta əyalətində məktəb şagirdinin müsəlman müəlliməsinin masasının üzərinə yazıb qoyduğu məktub cəmiyyətdə rezonans yaradıb.
 
Axar.az xəbər verir ki, kimliyi müəyyənləşməyən şagirdin müəlliməsi Mairah Teliyə yazdığı məktubda bu sözlər əks olunub: “Xanım Teli, artıq örpək taxmağınıza icazə verilməyəcək. Örpəyinizi başınıza taxmaq əvəzinə niyə boynunuza keçirib özünüzü asmırsınız?”
 
Kağızın arxasına isə amerika bayrağı çəkilib və “Amerika” yazılıb.
 
Müəllimə dinin vacib buyurduğu üçün örpək taxdığını qeyd edərək məktubun fotolarını paylaşıb: “Bu mesajı hazırkı cəmiyyətdə hakim rol oynayan nifrət əhval-ruhiyəsini anlada bilmək üçün paylaşıram. Ölkədə nifrətin yayılması Amerikanı gözəlləşdirməyəcək”.
 
Məktəb rəhbərliyi məktubu yazan şagirdin tez bir zamanda tapılacağını bildirilib.
 
cia.az