|
Bakıda yük maşını ilə vurulan 41 yaşlı kişi ölüb
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Habil Əliyevi yük maşını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən H. Əliyev orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır. 
cia.az